Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor BRİKS Xarici İşlər Nazirləri Şurasının (CMFA) iclası çərçivəsində Qlobal Cənubun Ukraynadakı münaqişənin həllinə töhfəsini müzakirə ediblər.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
"Ukrayna ətrafındakı böhranın mənşəyi və səbəbləri ilə bağlı ümumi anlayışı nəzərə alaraq, Cənubi Afrikanın və Qlobal Cənubun bir sıra digər nümayəndələrinin münaqişənin sülh yolu ilə həlli yollarının axtarışına töhfə verməsi üçün gələcək imkanlar müzakirə edilib",- deyə məlumatda bildirilir.
Bundan əlavə, xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə edərək, onun gərginləşməsindən narahat olduqlarını bildiriblər.
Görüş zamanı onlar həmçinin “Rusiya-Cənubi Afrika strateji tərəfdaşlığının aktual məsələlərini araşdırıblar” və beynəlxalq təşkilatlar çərçivəsində “siyasi dialoqun dərinləşdirilməsinə və fəaliyyətlərin səmərəli əlaqələndirilməsinə diqqətin yönəldilməsinə” marağı təsdiq ediblər.
Nigar
Oxu24.com
ŞƏRHLƏR