Aktyor və Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Stiven Siqal Bakıda ifaçı və sahibkar Emin Ağalarovun “Sea Breeze Resort” kurort şəhərində olub.
Oxu24.com xəbər verir ki, bu barədə iş adamının mətbuat xidməti məlumat yayıb.
İstirahət mərkəzində yay mövsümünün açılışı və yeni konseptual layihələr, eləcə də məşhur ulduzların konserti keçirilib.
Açılışın qonaqları arasında Yana və Vadim Raskovalovlar, Stiven Siqal, Sergey Burunov, Hüseyn Həsənov, Eminin anası İrina Ağalarova, Alena Qavrilova və bir çox başqaları olub.
Siqal McDonald's Azərbaycan restoranının lentinin kəsilməsində də iştirak edib.
Mayın sonunda Rusiya prezidenti Vladimir Putin Siqalı “Dostluq” ordeni ilə təltif edib.
Rusiya liderinin Siqalın təltif edilməsi haqqında sərəncamında onun beynəlxalq əməkdaşlığın inkişafındakı böyük xidmətlərinə görə dövlət mükafatına layiq görüldüyü qeyd edilib. Xüsusilə, söhbət Rusiya Federasiyası ilə ABŞ arasında mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyətdən gedir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR