Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111567
az

Avro Avropa Parlamentinə seçkilərdən sonra çökdü

18:5110 İyun, 2024
185
  • A

Fransa prezidenti Emmanuel Makron Aİ seçkilərində ifrat sağçılara məğlub olduqdan sonra növbədənkənar parlament seçkiləri təyin etmək qərarına gəldikdən sonra avronun məzənnəsi dollar qarşısında ucuzlaşıb.

 

Reuters yazır ki, avro 0,5% ucuzlaşaraq bir ayın minimumu 1,0764 dollara düşüb.


“Bu, yəqin ki, bazarlar üçün bir az pis xəbərdir. Bu, gözlənilməz qeyri-müəyyənlik elementi gətirir,” Berenberqin baş iqtisadçısı Holger Schmieding bildirib.

 

Ekspertlərin fikrincə, investorlar Avropanın daha sıx fiskal və maliyyə inteqrasiyası öhdəliyinə şübhə etməyə başlaya bilərlər. Treyderlər də bahislərində siyasi qeyri-müəyyənliyi nəzərə almalı olacaqlar.

 

Bu, son həftələrdə valyuta bazarlarında hökmranlıq etməyə başlayan avroya qarşı formalaşan müsbət əhval-ruhiyyəyə zərbə kimi qiymətləndirilə bilər.

 

Avropa Mərkəzi Bankı ötən həftə son 5 ildə ilk dəfə faiz dərəcələrini azaldıb və bu il valyuta dollara nisbətdə təxminən 2,5% ucuzlaşıb ki, bu da əsasən avrozonada və ABŞ-da faiz dərəcələrinin aşağı salınmasının nisbi perspektivləri ilə bağlıdır.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Azeri Light” bu gün      neçəyə      satılır?
Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir- Video
Bu şəxslərin pensiyalarıiki     dəfə       artırılacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi