Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111558
az

ABŞ İsrailin iştirakı olmadan girovlarla bağlı danışıqlara İCAZƏ VERDİ

18:1410 İyun, 2024
181
DÜNYA
  • A

ABŞ Fələstinin HƏMAS radikal hərəkatı ilə danışıqlar prosesində İsrailin iştirakı olmadan girovların azad edilməsinə dair razılaşmanı müzakirə edə bilər.

Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, iki hazırkı və iki keçmiş yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri HƏMAS ilə birtərəfli razılaşmanın mümkünlüyünü müzakirə ediblər.

Bildirilib ki, razılaşmanın məqsədi HƏMAS tərəfindən girov saxlanılan 5 ABŞ vətəndaşının azad edilməsi olacaq. Birləşmiş Ştatlar İsrailin iştirakı ilə hazırkı atəşkəs danışıqları uğursuzluqla nəticələnərsə belə müzakirələrin başlanmasına icazə verib.

Başqa məlumata görə, Qətər ABŞ və HƏMAS arasında danışıqlarda vasitəçi ola bilər.

Eyni zamanda ABŞ rəhbərliyi belə bir razılaşmanın ABŞ-İsrail münasibətlərində gərginliyi artıracağından ehtiyat edir. Buna baxmayaraq, ABŞ rəsmiləri belə bir razılaşmanı İsraili HƏMAS ilə barışıq əldə etməyə təşviq etmək üçün bir yol kimi görürlər.

Ağ Ev bu məlumatı şərh etməyib.

Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” yazmışdı ki, Misir və Qətər Bayden administrasiyasının göstərişi ilə İsraillə razılaşma üçün HƏMAS liderlərinə təzyiq edib.

Mənbə: Nbc.com

Yeganə

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağçada ər-arvad rolunu oynamışdılar - 20 il sonra EVLƏNDİLƏR
İsrail 110 fələstinli məhbusu azad edəcək
Ermənipərəst keçmiş senatora 11 il həbs cəzası verildi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Ermənipərəst keçmiş senatora 11 il həbs cəzası verildi