Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111555
az

Süni intellekt ölümlərin qarşısını alacaq

18:0010 İyun, 2024
272
MARAQLI
  • A

ABŞ-dakı İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları avtomobil toqquşmalarına, velosiped qəzaları və piyada ölümlərinə təsir göstərən əsas ətraf mühit amillərini müəyyən etmək məqsədilə süni intellektdən istifadə edir.

Oxu24.com xəbər verir ki, tədqiqatçılar qəzaların baş verdiyi yerləri müqayisə etmək məqsədilə dünyadakı küçələrin 360 dərəcə görünüşünü təmin edən süni intellekt vasitəsi – “Quql Strit Vyu”nu (QSV) sınaqdan keçiriblər.

“Avtomobil qəzaları gənclərin əsas ölüm səbəblərindəndir. Buna görə də, mühitin ölümcül toqquşmaların sayını necə artıra, yaxud azalda biləcəyini, bundan daha çox hansı icmaların təsirləndiyini anlamaq çox vacibdir. Ölkənin hər yerindən belə böyük həcmdə QSV məlumatlarını emal edə bildiyimiz üçün hansı daxili elementlərin avtomobil qəzalarına təsir etdiyi barədə dəqiq nəticələr əldə edə bildik. Aydındır ki, yaşıllıq sahələri, küçə işıqları, təkzolaqlı yollar və səkilər olan yerlər daha az ölümlə nəticələnən ərazilərdir”, - tədqiqatçıların məlumatında deyilib.

Araşdırma nəticəsində məlum olub ki, daha çox səkinin salındığı ərazilərdə ölümlə nəticələnən qəzalar 70 faizədək azalıb.

“Biz bu kimi daha böyük və səmərəli tədqiqat aparmaq üçün süni intellektdən istifadənin artdığını görürük. Bu araşdırma bəşəriyyətin ictimai sağlamlığını yaxşılaşdırmaq üçün süni intellektdən necə istifadə etmək lazım olduğunu nümayiş etdirir”, - bu sahə üzrə araşdırmaçı Heran Mane bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar
Azərbaycanda Aliment Fondu yaradılacaq - VİDEO
Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı