Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111552
az

Moldovada dezinformasiya dövlətə xəyanətə bərabər tutulur

17:4810 İyun, 2024
130
DÜNYA
  • A

Moldova prezidenti Maya Sandu Cinayət Məcəlləsinin dövlətə xəyanətlə bağlı maddəsinə dəyişiklikləri təsdiqləyib.

Oxu24.com xəbər verir ki, müharibə zamanı düşmən tərəfinə keçmək, casusluq etmək, dövlət sirrini yaymaq, dövlətin təhlükəsizliyinə qarşı düşmənçilik hərəkətlərinin həyata keçirilməsinə köməklik göstərmək vətənə xəyanətə bərabər tutulur.

Düzəlişlərin müəllifləri qeyd ediblər ki, dövlət təhlükəsizliyinə qarşı düşmənçilik hərəkətləri başqa şeylərlə yanaşı dezinformasiyada da ifadə olunur.

Bundan əvvəl Moldova müxalifəti vətənə xəyanətlə bağlı maddəyə edilən düzəlişləri mətnin qeyri-müəyyənliyinə görə tənqid edib və bu, onların fikrincə, ifadə azadlığı hüququna xüsusi təhlükə yaradır. Layihə beynəlxalq ictimai təşkilatlar, o cümlədən "Amnesty International" tərəfindən də tənqid edilib.

Mənbə: RİA.ru

Yeganə

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdə 100 mindən çox sakin       təxliyə       ediləcək
Simonyanın əri    komaya     düşüb
Yanğınlara görə İtaliyaya səfərini     təxirə    saldı