NATO baş katibinin köməkçisi David Katler bildirib ki, alyans artıq Rusiya ərazisinin peykdən alınan görüntülərini təhlil etmək üçün süni intellektdən istifadə edir.
Oxu24.com xəbər verir ki, Katler bu barədə aşağıdakı sözləri deyib:
"Bir təşkilatın süni intellektdən istifadə etmə yollarından biri peyk görüntülərini oxumaqdır. Süni intellekt şəkillərdən təyyarələrin və yanacaqdoldurma məntəqələrinin sayını hesablaya bilir".
O, Rusiya ərazisinin peyk şəkillərinin artıq bu şəkildə öyrənildiyini təsdiqləyib və bunun itkiləri olmayan az riskli bir fəaliyyət olduğunu vurğulayıb.
Mənbə: MK.ru
Yeganə
ŞƏRHLƏR