"Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkisi keçirmək fikrində deyil".
Oxu24.com xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.
“Bu məsələni müzakirə etməmişik və etmək fikrində deyilik”, - deyə o, bildirib.
Qeyd edək ki, Ermənsitan parlamentinin müxalifətdən olan “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 33 deputatı növbədənkənar sessiyanın çağırılması tələbi ilə müraciət edib.
Mənbə: News.am
Yeganə
Oxu24.com
ŞƏRHLƏR