Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, yeni dünya düzəninə keçid bütöv bir tarixi dövrü alacaq və asan olmayacaq.
Oxu24.com xəbər verir ki, Lavrovun sözlərinə görə, BRİKS-in genişlənməsi çoxqütblü dünya nizamının formalaşmasından xəbər verir və qlobal cənub və şərq dövlətləri arasında qlobal əhəmiyyətli siyasi qərarların qəbulu üçün yeni mərkəzlərin meydana çıxdığını vurğulayır.
Lavrov BRİKS Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib ki, bu ölkələr dövlətlərin suveren bərabərliyinə və sivilizasiya müxtəlifliyinə əsaslanan daha ədalətli həyat tərzini dəstəkləyir.
O, əlavə edib ki, Birləşmiş Ştatlar və onun iqtisadi alətlərlə silahlanmış müttəfiqləri çoxqütblülüyün formalaşmasının obyektiv proseslərini ləngitməyə çalışaraq, öz hökmranlıqlarını saxlamaq üçün mübarizə aparırlar. Söhbət sanksiya təzyiqindən və maliyyə şantajından gedir ki, onun köməyi ilə Qərb suveren dövlətlərə müəyyən inkişaf modelləri və ticarət tərəfdaşları sırımağa çalışır.
“Qərb gücdən istifadə etməkdən çəkinmir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.
Mənbə: Vesti.ru
Yeganə
ŞƏRHLƏR