Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111522
az

BU ölkədə ev pişiklərinin mikroçiplənməsi məcburi olacaq

15:0910 İyun, 2024
327
MARAQLI
  • A

İngiltərədə yeni qanunvericiliyə uyğun olaraq, sahiblərinin pişiklərinə 20 həftəlik olmamışdan əvvəl mikroçip taxmaları və əlaqə məlumatlarını aktual saxlamaları tələb edildiyi bildirilib.

Oxu24.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ətraf Mühit, Qida və Kənd İşləri Nazirliyindən verilən açıqlamadada qeyd olunub.

Açıqlamada ölkədə 9 milyondan çox ev pişiyi olduğu və məcburi mikroçip tətbiqinin itirilmiş və ya sahibsiz pişiklərin sahiblərinə qovuşmasını, təhlükəsiz şəkildə evlərinə qaytarılmasını asanlaşdıracağı qeyd edilib.

Eyni zamanda açıqlamada mikroçipin itlər üçün də artıq məcburi olduğu bildirilib və bunun itmiş ev heyvanlarının aşkarlanmasında ən təsirli üsul olduğu vurğulanıb. 

Bu pişiklər üçün mikroçipləmə məcburi deyil...

Açıqlamada qeyd olunub ki, insanlarla az və ya heç bir əlaqəsi, asılılığı olmayan ferma pişikləri və çöl pişikləri kimi sərbəst yaşayan pişiklər üçün mikroçiplərin quraşdırılması öhdəliyi yoxdur.

Qaydaya əməl edilmədiyi təqdirdə pişik sahiblərinin cərimə oluna biləcəyi də bildirilib.

Mənbə: Trthaber.com

Yeganə

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO
112 yaşında öldü
Soğan gözümüzü niyə yaşardır?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı