Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111514
az

Maşını sərin saxlamaq üçün qapılarını açıq qoydu, avtomobili qaçırdılar - VİDEO

15:3410 İyun, 2024
105
KRİMİNAL
  • A

Xətai rayonu Sarayevo küçəsindən Bakı şəhər sakini olan bir nəfərin “Mercedes” markalı avtomobili qaçırılıb.

DİN-dən bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Şakir İbrahimov avtomobillə birgə saxlanılıb.

Qeyd edək ki, avomobilin sahibi maşının salonunu sərin olması üçün kondisioneri işlək vəziyyətdə saxlayıb. Sahibinin nəqliyyat vasitəsini tərk edən zaman qapıların açıq qaldığını müşahidə edən Ş.İbrahimov avtomobili qaçıraraq həmin ünvandan uzaqlaşıb. 

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı rayon ərazisində evlərdən birinə açıq qalmış pəncərədən daxil olaraq mənzil sahibinə qarşı soyğunçuluq edən 1998-ci il təvəllüdlü İsa  Nəsirov saxlanılıb. O, hadisə zamanı zərərçəkənin pulunu və bank kartını ələ keçirib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. Ş.İbrahimov və İ.Nəsirovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çimərlikdə qadınlara qənim kəsilən 66 yaşlı şəxs saxlanıldı
Narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkarlandı
Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Çimərlikdə qadınlara qənim kəsilən 66 yaşlı şəxs saxlanıldı