Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11151
az

Qumarda uduzan ata borclarını ödəmək üçün oğlunu satdı

20:0021 Mart, 2019
577
KRİMİNAL
  • A
 Totalizatora aludə olmaq, adətən, pis nəticələnir. Çində bir atanın bu üzdən borcları yaranıb. O, çıxış yolunu oğlunu satmaqda görüb.
Oxu24.com xəbər verir ki, Çinin Quyyan şəhərinin sakini 60 min yuan (təxminən 9 min dollar) borcunu ödəmək üçün övladını satmaq fikrinə düşüb. O, uşağı tanımadığı ailəyə təklif edib. Quyçjou vilayətində yaşayan adam həmin ailəni inandırıb ki, həyat yoldaşını, valideynlərini itirb, uşağı saxlaya bilmir. Uşağı götürməyə razı olublar.
Kişi 2018-ci ilin noyabrında oğlunu Quyyandan 1800 km aralı vilayətə aparıb. Bunun üçün həyat yoldaşına yalan danışıb. Deyib ki, uşağı nənəsigilə aparır. Hər dəfə uşaqdan söz düşəndə o bir bəhanə fikirləşirmiş.
Qadın şübhələnməyə başlayıb. Hadisədən üç ay sonra ərinin telefonunda oğlunu övladlığa götürənlərlə yazışmanı görəndə hər şeyi anlayıb. Qayınanasigilə gedib uşağı orada görməyəndə polisə müraciət edib. Əri həmin gün yoxa çıxıbmış.
Uşağı tapıb anasına qaytarıblar. Qadının ərini Quyyandakı mehmanxanaların birində saxlayıblar. Onu uşaq alveri maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxan şəxs      evə     buraxıldı
Cinayətdə şübhəli bilinən28     nəfər      saxlanıldı