Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111475
az

Şolzun partiyası Avropa Parlamentinə seçkilərdə tarixin ən pis nəticəsini göstərib

12:1910 İyun, 2024
63
  • A

Almaniyada Avropa Parlamentinə keçirilən seçkilərdə səslərin hesablanması başa çatıb, nəticəyə əsasən müxalifət bloku CDU/CSU qalib gəlib, Almaniya üçün Alternativ ikinci yeri tutub, Olaf Şolzun SPD partiyası isə ən pis nəticəni göstərib. 

 

Oxu24.com xəbər verir ki,bu barədə “Bild in Russian” Telegram kanalı yazır.

 

“Avropa seçkiləri CDU/CSU üçün 30% nəticə ilə başa çatıb. AfD 15,9% ilə tamamladı. Kansler Olaf Şolzun partiyası 13,9% səs toplayaraq tarixin ən pis nəticəsini göstərib. Yaşıllar 11,9%-ə, FDP isə 5,2%-ə düşüb.

 

Həmçinin qeyd olunur ki, yeni yaradılmış Sarah Vaqenknext Alyansı partiyası Avropa Parlamentinə keçirilən ilk seçkilərdə 6,2 faiz səs toplayıb. Sol partiyanın nəticəsi 2,7% olub.

 

Bild yazır ki, Almaniyada Avropa Parlamentinə seçkilərdə seçici fəallığı 64,8% təşkil edib.

 

Bundan əvvəl “France 24” telekanalının jurnalisti Nik Holdsvort demişdi ki, Almaniya Sosial Demokrat Partiyasının Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri siyasi birliyi təmsil edən Olaf Şolzun ölkəsində son dərəcə qeyri-populyar kansler olduğunu göstərdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ukraynaya məxsus 49 pilotsuz təyyarəni vurub
Putin Şolz ilə söhbətinin təfərrüatlarını açıqlayıb
Ruslar Kursk bölgəsində irəliləyirlər

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO