Rusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə ardıcıl olaraq Şimali Koreya və Vyetnama səfər edəcək.
Yenisabah.az “Vedomosti”yə istinadla xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat yayıb.
Putinin Vyetnama səfəri iyunda və çox güman ki, Şimali Koreyaya səfərdən dərhal sonra baş tuta bilər.
Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora təsdiqləyib ki, Rusiya prezidenti Pxenyana səfər edəcək və hazırda bu səfərə fəal hazırlıq gedir.
Oxu24.com
ŞƏRHLƏR