Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111472
az

Kür çayında cəsədi tapılan şəxsin kimliyi məlum oldu

13:1410 İyun, 2024
88
CƏMİYYƏT
  • A

İyun ayının 2-si Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batan 3 nəfərdən birinin  cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Cəsədi tapılan şəxsin adı açıqlanmayıb. 

Modern.az-ın əldə etdiyi məlumata görə, tapılan cəsəd 1988-ci il təvəllüdlü Elxan Sadıqova məxsusdur. 

Onun cəsədi Tovuz rayonunun Əyyublu kəndi ərizəsindən keçən hissəsində aşkarlanıb. Bildirilir ki, meyit şişərək suyun üzərinə çıxıb. 

Cəsəd ekspertiza rəyi üçün müvafiq orqana təhvil verilib. Digər şəxslərin axtarışları davam etdirilir. 

Qeyd edək ki, bir neçə gün əvvəl hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Bu zaman sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov xilas olub. 

Tural Quliyev Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) olub. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir
Sel gözlənilir - ƏHALİYƏ XƏBƏRDARLIQ
İki gün əvvəl dənizdə batan gəncin meyiti tapıldı

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Çimərlikdə qadınlara qənim kəsilən 66 yaşlı şəxs saxlanıldı