Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111471
az

Lavrov çinli həmkarı ilə danışıqlar aparıb

12:1910 İyun, 2024
94
DÜNYA
  • A

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və çinli həmkarı Vanq Yi ilə Nijni Novqorodda BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində danışıq aparıblar.

Oxu24.com xəbər verir ki, Lavrov görüşün əvvəlində qeyd edib ki, dünyada Rusiya və Çində həmfikirlərin dairəsi, BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı ilə (ŞƏT) əməkdaşlıq etmək istəyənlərin dairəsi durmadan artır.

Vanq Yi Rusiya Federasiyası ilə Çin Xalq Respublikası (ÇXR) arasında əməkdaşlığın onların fundamental maraqlarına cavab verdiyini, heç bir xarici ölkəyə qarşı yönəlmədiyini və kənar müdaxiləyə məruz qalmadığını bildirib. Çinli nazirin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını qorumaq üçün çoxtərəfli strukturlarda koordinasiyanı gücləndirmək vacibdir.

Qeyd edək ki, xarici işlər nazirlərinin görüşü keçən ilki BRİKS üzvlüyünün genişləndirilməsindən sonra ilk dəfə Nijni Novqorodda keçirilir. Lavrovun sədrliyi ilə keçirilən iclasda assosiasiyaya üzv dövlətlərin nümayəndələri ilə yanaşı, BRİKS-ə dost ölkələrin nümayəndələri də iştirak edir.

Mənbə: TASS.ru

Yeganə


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da “TikTok”a yaşıl işıq yandırıldı
Bayden beş nəfəri əfv etdi
HƏMAS üç girovu BQXK nümayəndələrinə təhvil verdi

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
88 yaşlı kişini maşın vurub öldürdü