Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111459
az

Zəvvarların son qrupu Məkkəyə çatdı

12:2010 İyun, 2024
54
CƏMİYYƏT
  • A

Bu gün Azərbaycandan Həcc ziyarətinə yola düşən sonuncu zəvvar qrupu Məkkə şəhərinə çatıb.

Oxu24.com report-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat yayıb.

Onun sözlərinə görə, hazırda Məkkə şəhərində 1500 zəvvarımız var. İyunun 14-dən etibarən Həcc ziyarətinin əsas hissəsi başlayacaq.

Bu il Azərbaycana Həcc ziyarəti üçün 1500 nəfərlik kvota ayrılıb. Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 3-ü səhər saatlarında təyyarə ilə Bakıdan Ciddə şəhərinə yola salınıb.

Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha yeddi itkin-şəhidin dəfn mərasimi keçiriləcək
Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı
Sabah 36° isti olacaq

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO