Naməlum şəxs ABŞ-ın Sidneydəki Baş Konsulluğunun şüşələrini sındıraraq qapılara qırmızı boya çəkib.
Oxu24.com xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polisi məlumat yayıb.
İdarənin məlumatına görə, həmin şəxs əvvəlcə bir neçə dəfə pəncərələri sındırmağa çalışsa da, o, yalnız zirehli pəncərələri sındıra bilib. Polisin bildirdiyinə görə, daha sonra qapılara Fələstin tərəfdarı təşkilatlar tərəfindən istifadə edilən bir simvol-tərs rənglənmiş qırmızı üçbucaqlar çəkilib.
Polis həmçinin qeyd edib ki, ekspertlər şüşədən barmaq izlərini götürüblər və bu izlər istintaq materiallarına əlavə olunacaq. Baş Konsulluğun nümayəndəsi məlumat verib ki, insident nəticəsində xəsarət alan olmayıb, diplomatik nümayəndəlik hər zamanki kimi işini davam etdirir.
Avstraliyanın baş naziri Entoni Albanese hadisəni belə dəyərləndirib: "İnsanların, xüsusən də İsraildə və ya işğal olunmuş Fələstin ərazilərində qohumları olanların Yaxın Şərqdəki hadisələrdən narahatdır. Bu hadisələr heç bir şəkildə sülhün əldə olunmasına kömək etmir".
ABŞ-ın Sidneydəki Baş Konsulluğu 2024-cü ilin aprel aynda da hücuma məruz qalmışdı. Həmin vaxt naməlum şəxslər binanın qarşısına “Fələstinə azadlıq” şüarları yazıb, pəncərələrə qırmızı boya çəkiblər. May ayında oxşar hücum isə Melburndakı Amerika konsulluğuna edilib.
Mənbə: RİA.ru
Yeganə
ŞƏRHLƏR