Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111441
az

Rusiyada tornadolar baş verə bilər

11:0810 İyun, 2024
163
  • A

Rusiyada qlobal istiləşmə fonunda tornadoların daha tez-tez baş verməsi ehtimalı var.

 

Oxu24.com xəbər verir  ki,bu barədə RBC-yə müsahibə verən ekspertlər danışıblar.

 

Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Mariya Ananiçevanın sözlərinə görə, tornadolar ölkənin Avropa və Asiya hissələrində daha tez-tez görünə bilər.

 

Ancaq bu, Uzaq Şərq və Sibir ərazilərinə aid deyil, çünki oradakı iqlim fərqlidir.

 

Eyni zamanda, mütəxəssislər Moskvada tornado ehtimalını istisna etmirlər, baxmayaraq ki, bu, nadir hadisədir. Ən ciddi tornado sonuncu dəfə 1904-cü ildə Moskvada qeydə alınıb.

 

Ananiçeva qeyd edib ki, may ayında anomal isti hava paytaxtda tornadoya səbəb ola bilərdi, lakin bu baş verməyib. Lakin Moskva vilayətində tornado ehtimalı bir qədər yüksəkdir.

 

Hələlik ekspertlər qeyd ediblər ki, son vaxtlar ölkədə tornado xəbərlərinin sayı artsa da, bu, belə hadisələrin daha tez-tez baş verməsi demək deyil.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

22 ədəd “Starlink” mini peyki orbitə çıxarıldı
ABŞ xəzinədarlığı fırıldaqçılara və terrorçulara ödəniş edib - Mask
Komediya ustası vəfat edib

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi