Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111418
az

Paşinyanın əleyhdarları parlament binasına çatdılar

09:2410 İyun, 2024
126
SİYASƏT
  • A

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar parlament binasına çata biliblər.

OXU24.COM  xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Aksiya iştirakçılarının polis tərəfindən qarşılandığı qeyd edilir. Hüquq-mühafizə orqanları etirazçıları Dimerçana küçəsinə buraxmır.

Bundan əvvəl Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan İrəvanın mərkəzində mitinq zamanı ölkə parlamentini hazırkı hökumətin buraxılmasını müzakirə etmək üçün iclas keçirməyə təşəbbüs göstərməyə çağırıb. O, deputatlardan iyunun 11-də müvafiq məsələyə baxmağı tələb edib. Eyni zamanda, o, tərəfdarlarına müraciət edərək, ölkə hakimiyyətinə təzyiq göstərmək üçün iyunun 10-dan növbəti 96 saat ərzində kütləvi itaətsizlik aksiyaları təşkil etməyi xahiş edib.

İyunun 9-da axşam İrəvanın Respublika Meydanında on minlərlə insanın iştirak etdiyi etiraz aksiyası başlayıb. “Vətən uğrunda Tavuş” müxalifət hərəkatı tərəfindən təşkil edilən aksiyanın məqsədi ölkənin baş naziri Nikol Paşinyanın istefası və respublikanın Azərbaycanla sərhədlərinin delimitasiyası prosesinə son qoymaqdır 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı
Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Zelenski bir şərtlə atəşkəsə RAZILIQ VERƏCƏK

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Polis Bakıda oğurluq və dələduzluq     edənləri     saxladı