Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111389
az

“Dəhliz açılır, 300 min azərbaycanlı gəlir” - Ermənilər qorxuda

14:0509 İyun, 2024
177
DÜNYA
  • A

"Kirantsdan başladı: biz əraziləri təslim etməyə davam edəcəyik, ola bilsin ki, dəhliz çəkilsin, ola bilsin ki, 200-300 min azərbaycanlı gəlib hər gün azalan Ermənistan ərazisində yaşasın". 

Bu sözləri Ermənistanın sabiq xarici işlər naziri, hazırda revanşistlərə dəstək verən Vardan Oskanyan deyib.

"Bütün bunların yaxın gələcəkdə reallığa çevrilməsi heç kəsi təəccübləndirməsin", - o bildirib

Yenisabah.az xəbər verir ki, keçmiş naziirn bu sözləri Ermənistan cəmiyyətində qorxuqarışıq ajiotaja səbəbə olub. Paşinyan tərəfdarları olan sosial şəbəkə istifadəçiləri Vardan Oskanyanı Ermənistan əhalisi arasında xof yaratmaqda günahlandırıblar. Onlar iddia ediblər ki, Oskanyan təxribatçıdır və özünün deyil, İrəvanın düşmənlərinin sözünü deyir. 

Revanşistlər isə sabiq nazirə qahmar çıxıblar. Onların fikrincə, İrəvan Bakının bütün tələblərinə qeyd-şərtsiz əməl edir. 

"300 min azərbaycanlının geri qayıdıb Ermənistanda ağalıq etməsi qeyri-real deyil. Azərbaycan hər dediyini edir, gec-tez bunu da edəcək", - deyə revanşist təfəkkürlü adamlar sosial şəbəkələrin erməni seqmetində bəyan ediblər. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Prezidenti Moskvaya səfər edəcək
Həlak olanlardan biri bu universitetin tələbəsi imiş - Foto
Norveçdə qatarların hərəkəti tamamilə dayandırıldı - SƏBƏB

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü