Moldovanın keçmiş prezidenti İqor Dodon bu il respublikada keçiriləcək prezident seçkilərində iştirakını istisna etməyib.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı bildirib.
Dodon bütün fikir ayrılıqlarını bir kənara qoyaraq, müxalifət partiyalarının liderləri ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
“Mənim düşmənimin düşməni mənim potensial tərəfdaşımdır, bu mübarizədə dostumdur, biz indi ölkəni xilas etməliyik və bunun üçün birləşmək lazımdır”, - deyə siyasətçi RİA Novosti-yə bildirib.
Dodon onu da izah edib ki, onun sırf bu vəzifə naminə prezident olmaq ambisiyaları yoxdur. O, bildirib ki, məqsədi Moldovada hökuməti dəyişməkdir, çünki indiki hakimiyyət ölkəni məhv edir.
Moldova müxalifətçisi İlan Şor bir müddət öncə bildirmişdi ki, respublikada müxalifətin qarşıdan gələn prezident seçkilərində qanun pozuntusu olmadan keçirilməsi şərti ilə qalib gəlmək şansı 100 faizdir.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə qeyd edib ki, Moldova Rusiya Federasiyasına qarşı hərəkətlərinə görə, Ukraynanın taleyini təkrarlaya bilər. O, qeyd edib ki, Qərb respublikanı bu rola fəal şəkildə hazırlayır.
Mənbə: RİA.ru
Yeganə
ŞƏRHLƏR