İndoneziyada beş metrlik piton ilanı qadını udub.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, qadın sağ qalmayıb.
Hadisə ölkənin mərkəzi hissəsindəki Kalempanq Suardi Rosi kəndində baş verib. Cümə axşamı, iyunun 6-da 4 uşaq anası olan 45 yaşlı Farida evə qayıtmayıb. Onun üçün axtarış təşkil edilib, bu zaman qadının əri onun əşyalarını aşkar edib. Qısa müddət sonra axtarış qrupu qarnı şişmiş pitonla rastlaşıb.
"Onlar pitonun mədəsini açmağa qərar verdilər və dərhal Faridanın başı peyda olub”, – deyə kənd sakinləri bildiriblər.
Mənbə: BBC.com
Yeganə
Oxu24.com
ŞƏRHLƏR