Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111369
az

Azərbaycanlı astronavt kosmosdan geri qayıtdı - Video

21:2208 İyun, 2024
133
MANŞET
  • A

Bu gün Türkiyənin azərbaycanlı astronavtı Tuva Cahangir Atasevər ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub.

OXU24.COM xəbər verir ki, missiya zamanı o, üzərində Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib. Astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın TEKNOFEST festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə bayrağı və Azərbaycan bayrağı ilə başlayıb.

Təxminən bir saat yarım davam edəcək uçuş ərzində 90 kilometr hündürlükdə 13 müxtəlif elmi təcrübə planlaşdırılıb.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Prezident Rəcəb Tayyib Ərdoğan ötən ilin aprel ayında İstanbulda keçirilən TEKNOFEST–də Türkiyənin ilk astronavtlarının Alpər Gezeravcı və Tuva Cahangir Atasevər olacağını elan edib. Onlar 36 min namizədin arasından seçilib.

Astronavtlar - Alpər Gezeravcı ve Tuva Cahangir Atasevər bir ildən çox NASA-da sıx təlim proqramından keçiblər.

***

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cahangir Atasevər kosmosda missiyasını başa vurub.

Bakı vaxtı ilə saat 18:30-da (yerli vaxtla saat 08:30) başlayan uçuş bir saat iyirmi dəqiqə davam edib. Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. 15 dəqiqə ərzində elmi təcrübələr həyata keçirilib.

Daha sonra əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Valideynlər nəzərinə: Yetkin uşaqlarla münasibətdə bu hərəkətlərə dözməyin
"Bayati-şiraz"ı oxuyan özbəkistanlı müğənni DANIŞDI -VİDEO
İsrail HƏMAS-ın neçə hərbi liderini öldürüb? - RƏQƏMLƏR

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO