Niger Quru Qoşunlarının Baş Qərargah rəisi, polkovnik Mamane Sani Kiau ABŞ-ın öz kontingentini respublikadan çıxarmağa rəsmən başladığını açıqlayıb.
Oxu24.com xəbər verir ki, Kiaunun məlumata görə, artıq 269 hərbçi və 946 ton hərbi texnika Nigeri tərk edib.
2023-cü ilin sonunda burada təxminən 1,1 min ABŞ hərbi qulluqçusu var idi. Bütün kontingent sentyabrın 15-dək ölkəni tərk etməlidir. Bununla bağlı tərəflər arasında mayın ortalarında razılıq əldə olunub.
Mənbə: Smotrim.ru
Yeganə
Oxu24.com
ŞƏRHLƏR