Qərb mətbuatında NATO rəhbərliyinin Ukrayna üzrə xüsusi nümayəndə postu yaratmaq niyyəti barədə məlumatlar yayılıb.
Oxu24.com-un xəbərinə görə, "Foreign Policy" yazır ki, belə bir post Kiyev rejiminə dəstəyi koordinasiya etmək üçün yaradıla bilər.
Şimali Atlantika Alyansının rəsmisi Ukraynanın paytaxtında olacaq və Qərb ölkələrindən gələn hərbi yardım axınının paylanmasına kömək edəcək.
Ukrayna NATO-ya tam üzvlük ümidini itirmir. 2022-ci ilin sentyabrında Kiyev hərbi bloka sürətləndirilmiş şəkildə qoşulmaq üçün ərizə təqdim edib. Alyans hesab edir ki, Ukraynanın qəbulu mümkün deyil, çünki ölkə Rusiya ilə silahlı münaqişə vəziyyətindədir.
Mənbə: TASS.ru
Yeganə
Oxu24.com
ŞƏRHLƏR