Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111337
az

Şamaxıda Hava Şarları Festivalı başladı

16:2008 İyun, 2024
100
CƏMİYYƏT
  • A

İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilir.

Oxu24.com xəbər verir ki, bu gün səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda olan hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.

 

Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə "EZONE" şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

Hava şarlarında turist uçuşları hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirdiyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olub.

Saat 16:00-dan isə festivalın bədii proqramı start götürüb.

iTicket.az saytı vasitəsi ilə tədbirdə qeydiyyatdan keçən şəxslər axşam saatlarınadək Meysəri kəndindəki "Şirvan Şərabları" kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını izləyə biləcək. Əyləncə proqramında fərqli uşaqlar üçün ustad dərslərində iştirak etmək, müxtəlif kafe və restoranların iştirakı ilə təşkil edilən yemək zonalarına qatılmaq mümkündür.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir rektor işdən çıxarıldı
1500 məktəb bağlanır?- Nazirdən açıqlama
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi        təyin etdi - FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı