Çeçenistan rəhbəri Ramzan Kadırov şəxsi Teleqram kanalında 17 yaşlı oğlu Əli Kadırovla Rusiya prezidenti Vladimir Putinin şəxsi görüşünün baş tutduğunu bildirib.
Oxu24.com xəbər verir ki, Kadırovun sözlərinə görə, Rusiya Federasiyasının prezidenti kiçik Kadırovu qarşıdan gələn evliliyi münasibətilə təbrik edib, onun babası Axmat Kadırov haqqında danışıb və müdrik məsləhətlər verib.
"Əlbəttə, prezidentimizlə görüş Əlini uzun illər ərzində çox ruhlandıracaq",-deyə Kadırov bildirib.
Mənbə: Lenta.ru
Yeganə
Oxu24.com
ŞƏRHLƏR