Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111320
az

Yeni qanun: Azərbaycanda pensiyaya çıxmaq asanlaşacaq

14:0808 İyun, 2024
108
CƏMİYYƏT
  • A

"Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliyə əsasən, vətəndaşlarımızın bir neçə pensiya hüququ yaranacaq.

 

Oxu24.com  xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, vətəndaşların xüsusi pensiya hüququ, sosial kapitala görə yaranır.

"Belə olan halda onların pensiyası pro-aktiv olaraq müəyyən olunacaq, yəni elektron məlumatlar üzərindən müəyyənləşdiriləcək.

Qanuna dəyişikliyin ikinci mühüm əhəmiyyəti ondan ibarətdir ki, prosedurlar azalır, elektronlaşma artır. Bu da imkan verəcək ki, həm pensiya təyinatında şəffaflığı artırmaq mümkün olsun, həm də elektron prosedurlara əməl olunduğu üçün daha qısa zamanda vətəndaşın pensiya təminatı həyata keçirilsin. Yəni pensiya təyinatı üçün tələb olunan günlər və xərclər azalacaq. Vətəndaşlarımızın əksəriyyəti elektron sistem üzərindən pensiya təminatı əldə edə biləcəklər", - deyə deputat əlavə edib.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iyunun 7-də keçirilən plenar iclasında üçüncü oxunuşda qəbul edilib.(Trend)

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...
Prezident Azərbaycanın böyük uğur qazandığını ELAN ETDİ

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü