ABŞ prezidenti Co Bayden Fransada dövlət səfərindədir.
Oxu24.com-un xarici mediaya istinadən xəbərinə görə, dövlət səfəri Zəfər Tağında qarşılanma mərasimi və Yelisey Sarayının qarşısındakı hərbi paradla başlayacaq.
Burada rəsmi görüşlər keçirəcək və ictimaiyyətə açıqlamalar veriləcək. Daha sonra Fransa prezidenti Emmanuel Makron Bayden və həyat yoldaşı Cil üçün sarayda dövlət şam yeməyi verəcək.
Xatırladaq ki, iyunun 6-da Bayden və Makron müttəfiqlərin Normandiyaya enişinin 80 illiyinə həsr olunmuş mərasimlərdə iştirak ediblər. Ertəsi gün onlar Ukrayna prezidenti Volodimir Zelenski ilə ayrıca görüşüblər.
Mənbə: Bloomberg.com
Yeganə
Oxu24.com
ŞƏRHLƏR