Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş baş naziri Timoşenkonu cinayət işi üzrə axtarışa verib.
OXU24.COM xəbər verir ki,bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Keçmiş baş nazirin hansı maddə ilə axtarışa verildiyi açıqlanmır.
Daha öncə bildirilmişdi ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının müavini briqada generalı Vladimir Qorbatyuk və Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminat qüvvələrinin keçmiş komandanı, general-leytenant Oleq Vişnevski cinayətkarlar siyahısına salınıb. Departament iki ukraynalı generalın axtarışının konkret hansı maddə ilə aparıldığını açıqlamayıb.
Oxu24.com
ŞƏRHLƏR