Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111281
az

Ərdoğan açıqladı: Türkiyə və Azərbaycan bayraqları kosmosda... - VİDEO

23:0907 İyun, 2024
118
DÜNYA
  • A

“Bir tərəfində Türkiyə, digər tərəfində isə Azərbaycan bayraqları ilə kosmosda iki qardaşı təmsil edəcəksən. “Bir millət, iki dövlət” şüuru ilə bu səyahətin uğurla həyata keçəcəyinə əminəm”.

OXU24.COM xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever ilə canlı bağlantı vasitəsilə söhbəti zamanı deyib.

Tuva Cihangir Atasever öz növbəsində bildirib ki, Azərbaycan və Türkiyə bayraqları Yer kürəsində daima yan-yana olduğu kimi, mənim kosmosa səyahətimdə də yan-yana sinəmin üstündə yerini alacaq.

Kosmonavtın anasının azərbaycanlı olduğuna bir daha toxunan Türkiyə Prezidenti bu uçuşun gənc nəslin elmə olan marağını artıracağını ifadə edib.

Qeyd edək ki, ABŞ-nin “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever iyunun 8-dəki missiya zamanı üzərində Türkiyə və Azərbaycan bayraqlarının işləmələri olan forma geyinəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail bu ölkəyə zərbə endirməyə hazırlaşır: "Sürətli, gözlənilməz və çox kəskin olacaq"
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Türkiyə XİN-dən Omanda məscidə edilən silahlı hücumla bağlı AÇIQLAMA