Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111276
az

Zaqatalada bir nəfərdə qarayara aşkarlandı - İki nəfər isə...

21:1107 İyun, 2024
145
CƏMİYYƏT
  • A
Zaqatala sakinində qarayara xəstəliyi aşkarlanıb. 
 
OXU24.COM xəbər verir ki, rayonun Faldarlı kəndində, kənd sakini 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara xəstəliyinin aşkarlandığı bildirilir. 
 
Məlumata görə, C.Süleymanov Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 
 
Kənd sakinində qarayara xəstəliyinin aşkarlanması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən APA-nın yerli bürosuna verilən məlumatda fakt təsdiqlənib. 
 
Nümayəndəlikdən verilən məlumata əsasən, kəndin daha iki sakini - 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri özünü büruzə verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirlib. Onlardan da müvafiq nümunələr götürülüb laboratoriyada yoxlanmaq üçün göndərilib. 
 
Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam edilib. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

O maşını kim sürürdü? - 17 yaşı var imiş
Nizaməddin Şəmsizadə komaya düşdü
İmişlidəki qəzada həlak olan məktəblilərin FOTOLARI

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb