Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11127
az

Veysəloğlundan 2 milyon cərimə məsələsinə cavab gəldi:Nazirliyi yalanda ittiham etdilər

21:3820 Mart, 2019
960
SİYASƏT
  • A
 
“Veysəloğlu” Şirkətlər Qrupuna Vergilər Nazirliyi tərəfindən tətbiq edilən maliyyə sanksiyasına münasibət:

Ölkə mətbuatında Vergilər Nazirliyinin Veysəloglu şirkətini cərimələməsi ilə bağlı məlumat yer almışdır. Bu məsələ ilə bağlı bidiririk ki, ötən ilin sonunda “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan bütün şirkətlərdə aksiz nişanı ilə markalanması məcburi olan məhsulların, işçilərin əmək müqavilələrinin və nəğd pulun idarə edilməsinin yoxlanılması üzrə operativ vergi yoxlamaları həyata keçirilmişdir. Lakin, yoxlama aparılan istiqamətlər üzrə şirkətimizin fəaliyyətində  kənarlaşmalar aşkar edilməmişdir. Belə ki, şirkətimizin bütün əməkdaşlarının əmək müqavilələri, şirkətlərimizə məxsus anbarlarda bütün məhsulların miqdarına, həmçinin aksiz nişanı ilə markalanması məcburi olan məhsulların və nəğd pul dövriyyəsinə aid bütün uçot sənədləri qaydasında olmuşdur. Yoxlama zamanı vergi əməkdaşları tərəfindən yaranmış olan bütün sorğu və suallar zamanında cavablandırılaraq müvafiq sənədlər təqdim olunmuşdur.
Hətta yoxlama zamanı və yoxlamadan sonrakı dövrdə vergi əməkdaşları da bizim vergi uçotuna dair işlərimizin qanunvericiliyə uyğun yüksək səviyyədə təşkil olunması barəsində dəfələrlə müsbət fikirlər səsləndirmiş və yoxlama apardıqları digər şirkətlərə bizi yaxşı nümunə olaraq göstərmişlər. Bunun əsas səbəbi isə cənab Nazirin 2018-ci ili şəffaflığa doğru keçid ili kimi elan etməsi çağırışına məsuliyyətlə yanaşaraq bu istiqamətdə ciddi işlər görməyimiz olmuşdur.
Lakin 2019-cu ilin əvvəlində şirkətimizə qeyd olunduğu kimi cərimə yazılmışdır. Şirkətimiz bu cəriməni əsassız sayaraq qəbul etməmiş və məhz bu səbəbdən dərhal Vergilər Nazirliyinə şikayət məktubu ilə müraciət etmişdir. Bu zaman qeyd olunan cərimənin əsassız olduğunu sübut edən bütün vergi uçot sənədlərini də aidiyyatı üzrə təqdim etmişik. Hazırda etirazımız Vergilər Nazirliyi tərəfindən araşdırılmaqdadır. Ümid edirik ki, yaxın günlərdə Vergilər Nazirliyi bizim haqlı olduğumuzu təsdiq edəcək və ədalətli qərar verəcəkdir.
Məqalədə yer almış olan satışa gedən məhsulların vergidən yayınma halları ilə bağlı yazılanlar da həqiqəti əks etdirmir. Bu istiqamətdə aparılan yoxlamalar zamanı vergi rəsmilərinin tələb etdiyi bütün lazımi sənədlər tərəfimizdən təqdim edilib və satışa gedən məhsulların vergidən yayınma faktlarının aşkar edilmədiyi müəyyən olunmuşdur.  
Bildirmək istəyirik ki, şirkətimiz müvafiq dövlət qurumları tərəfindən şəffaflığa doğru atılan bütün addımları alqışlayır və tam olaraq dəstəkləyir. Bu gün də şirkətlər qrupumuz bu istiqamətdə öz aktivliyini davam etdirməkdədir.
“Veysəloğlu” şirkəti uzun illəri əhatə edən fəaliyyəti dönəmində qanunvericiliyə müvafiq olaraq ölkəmizin vergi siyasətini hər zaman dəstəkləyib və bu siyasəti icra edən vergi orqanları ilə qanun çərçivəsində əməkdaşlıq etmişdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi