ABŞ-ın Las-Veqas şəhərində yerləşən Milli Hava Xidmətinin (NWS) X sosial media platformasındakı paylaşımında həftəsonu ölkənin qərb bölgəsində temperaturun daha da artacağı bildirilib.
Oxu24.com xəbər verir ki, yazıda qeyd olunub ki, Arizona ştatının Kinqman bölgəsində və Kaliforniyanın Ölüm Vadisi və Bishop bölgələrində temperaturun normadan 5-8 dərəcə yuxarı qalxacağı gözlənilir.
Las-Veqas, Texas və Meksika sərhədi boyunca yerləşən ərazilər "son dərəcə isti" kateqoriyasındadır
Cümə axşamı Las-Veqasda 43,8 dərəcə istiliyin 2010-cu ildəki 43,3 dərəcə rekordunu qırdığını xatırladan yazıda istilərin yaxın günlərdə daha da artacağı bildirilib.
Hava istiliyi riskini "çox isti" və ya "son dərəcə isti" olaraq təsnif edən "HeatRisk" xəritəsində Las-Veqas və Ölüm Vadisi bölgələri, Braketvil, Texas və Meksika sərhədindəki bölgələr "son dərəcə isti" olaraq göstərilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR