Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111262
az

NATO Ukraynada hərbçilərinin olmadığını açıqlayıb

20:1107 İyun, 2024
64
DÜNYA
  • A

Şimali Atlantika Alyansının Hərbi Komitəsinin sədri admiral Rob Bauer bildirib ki, NATO-nun hazırda Ukrayna ərazisində qüvvəsi yoxdur və onları ora göndərməyi planlaşdırmır.

 

Oxu24.com xəbər verir  ki,bu barədə RİA Novosti yazır.

 

"Ukraynada NATO-nun komandanlığı altında heç bir qoşun yoxdur və belə bir addım atmaq planları da yoxdur", - Bauer "Washington Post"da təşkil olunan müzakirə zamanı deyib.

 

O qeyd edib ki, alyansın hər hansı ayrı-ayrı ölkəsi öz qoşunlarını Ukraynaya göndərmək istəyirsə, o zaman bu məsələ bütün NATO-nun müzakirəsinə çıxarılmalıdır.

 

İyunun 6-da NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO Ukraynada öz qüvvələrini yerləşdirməyi planlaşdırmır. Onun sözlərinə görə, alyans Ukraynaya uzunmüddətli dəstək üçün “daha ​​güclü çərçivə”nin yaradılmasına və “uzunmüddətli maliyyə öhdəliyi”nin razılaşdırılmasına diqqət yetirir.

 

Bundan əvvəl Bauer Rusiya-Ukrayna münaqişəsinin daha ucuz silahların hazırlanmasının zəruriliyini nümayiş etdirdiyini bildirmişdi. O, daha az əhəmiyyət kəsb edən məqsədlər üçün yüksək keyfiyyətli və bahalı silahların sayını daha ucuz silahların xeyrinə balanslaşdırmağı tövsiyə etdi.

 

Əvvəllər NATO Trampın prezidentliyi dövründə ABŞ-ın loyallığına arxalanırdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya və Çin təyyarələri Alyaska üzərində görünüb
Özbəkistanda İsrail səfirini təhqir edən şəxs 10 sutka həbs edilib
Rusiyaya zərbələr endirilə bilər

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadını yaşadığı evdə qətlə yetirmək istəyən həmkəndlisi həbs edilib