Rusiyada səfərbərliyə ehtiyac yoxdur.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin iyunun 7-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF-2024) plenar iclasında çıxışı zamanı bildirib.
“Biz, dediyim kimi, başqa bir taktikaya əməl edirik – düşməni bizim nəzarətimizə gətirilməli olan ərazilərdən sıxışdırırıq”, - deyə Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, 2022-ci ildə səfərbərlik çərçivəsində 300 min nəfər çağırılıbsa, ötən il 300 mindən çox kişi könüllü olaraq hərbi komissarlıqlara gəlib və Rusiya Federasiyası Silahlı Qüvvələri ilə müqavilə imzalayıb.
Dövlət başçısı qeyd edib ki, bu il artıq 160 mindən çox insan hərbi komissarlıqlara gələrək müqavilə bağlayıb.
Putin həmçinin əlavə edib ki, Ukraynada məcburi səfərbərlik yaşı aşağı salınacaq, çünki Birləşmiş Ştatlar dəstəyin davam etməsi üçün bu şərti qoyub.
Miri
Oxu24.com
ŞƏRHLƏR