Moskva şəhərinin Simonovski rayon məhkəməsində pedofil Eduard Nikitinin işi üzrə dinləmə başlanıb.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki, Nikitin 2007-ci ildə uşağı oğurlamaqda və onu 10 il ərzində zorlamaqda ittiham olunur.
Nəşrin məlumatına görə, o, oğurlanmış yeniyetmə ilə birlikdə sənədlərin yoxlanılması vaxtı 2017-ci ildə saxlanılıb. İstintaqın məlumatına görə, Nikitin küçədə 9 yaşlı oğlanla tanış olub və aldadaraq evinə aparıb. O, uşağı həbsdə saxlayırdı, bir qədər böyüdükdən sonra isə onu axşamlar gəzməyə buraxmağa başlayıb.
Oğurlanmış axtarışda hesab edilirdi. Oxu24.com
ŞƏRHLƏR