Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111231
az

Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - RƏSMİ

16:1407 İyun, 2024
142
REDAKTORUN SEÇİMİ
  • A

Ağdaşda bələdiyyə sədri və MMC direktoru həbs edilib.

 

Bu barədə Oxu24.com-a Ağdaş rayon prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki,  Ağdaşda bələdiyyə sədri və MMC direktorunun qanunsuz əməlləri ifşa edilib:

 

“Belə ki, Ağdaş rayonu, Kotavan kənd bələdiyyəsinin sədri Rəşad Səmədovun vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin ümumi yığıncağının qərarı olmadan “Abadlıq-2012” adlı MMC ilə tikinti aparılması barədə müqavilə bağlamasına, həmçinin, MMC-nin direktoru Əli Cəbiyevlə birgə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib”.

 

Məlumata görə,  Ağdaş rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə bələdiyyə sədri Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

 

Qurumdan həmçinin bildirilib ki,  “Abadlıq-2012” MMC-nin direktoru Əli Cəbiyev isə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2 (külli miqdarda mənimsəmə), 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

 

İş üzrə vurulmuş maddi ziyanın ödənilməsi və digər əhəmiyyətli halların müəyyən olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə xəbərdarlıq edildi:dekabrın 6-dan...
Ali Məhkəmə mühüm məlumat yaydı
Sahil Babayevlə görüşmək istəyənlərin NƏZƏRİNƏ!

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib