Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111228
az

Peşə hazırlığına cəlb olunan şəxslərə verilən təqaüdün məbləği iki dəfə azaldılır

16:2707 İyun, 2024
141
İQTİSADİYYAT
  • A

Peşə hazırlığına cəlb olunan şəxslərə verilən təqaüdün məbləği 2 dəfə azaldılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək.

Hazırda peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.

Qeyd edilib ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı
Bu layihə III oxunuşdan keçdi
Bakıda çalışan müəllimlərin maaşı açıqlanıb

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ