Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111213
az

Suya atılmış qozun inanılmaz faydaları

13:4907 İyun, 2024
208
MARAQLI
  • A

Qozun bu faydalarını biləndən sonra  hər gün 2 dənə yeyəcəksiz
 Qoz ləpəsini sevməyən adama rast gəlmək nadir hallarda olar. Bunun da səbəbi orqanizmin özünə faydalı olan qidalara yaranan ehtiyacıdır. “Ürəyim istəyir” sözünün altında da bu yatır. Diqqət edin, nəyi ürəyiniz istəyirsə, qəfildən nə yadınıza düşürsə, demək, orqanizmin ona ehtiyacı var. Buna diqqət edin bir neçə gün, sonra fikirlərinizi mənə yazarsınız. 
 Hə, qoz ləpəsindən danışırdım axı. Qoz ləpəsinin beynimizə bənzəməsini qoyuram bir kənara, onun müalicəvi xüsusiyyətindən danışacağam. Qozun  misilsiz və möcüzəvi faydaları hələ eramızdan əvvəl də  insanlara məlum idi. Qədim Bizans imperiyası dövründə  kahinlər qoz ləpəsi yeməyi sadə insanlara qadğan etmişdi. Ona görə ki, onlar sadə insanların qoz yeyib ağıllanacağını, üsyan edəcəyini düşünürdülər. Yəni, qoz hələ o dövrdən “ağıl mənbəyi” sayılırdı. 
 Niyə? Niyəsini indi biləcəyik... Beləliklə, qozun orqanizmə faydaları haqqında məlumat alaq. 
1. Ürək xəstəliklərinin qarşısını alır.  Qan dövranındakı yüksək  xolesterol səviyyəsinin ürək problemlərinə səbəb olduğunu bilirik. Qozun tərkibində orqanizm üçün zərərli olan LDL xolesterol və triqliserit səviyyələrini azaltmağa kömək edən yağ turşuları var.  Üstəlik, qoz qan təzyiqini aşağı salmağa kömək edir. Bu da infarkt, iflic və kardiyovaskulyar xəstəlik riskini azaldır.

2. Çəkiyə nəzarət. Qoz yeyərkən insan özünü uzun müddət tox hiss edir.  Təbii ki, tox insan da yemək axtarmır. Beləcə, gün ərzində yemək öynələrini azaltmaq mümkün olur. 2010-cu ildə aparılan bir araşdırmada məlum olub ki, mütəmadi olaraq qida rasionuna qoz daxil edənlərdə maddələr mübadiləsi daha nizamlı və sürətli baş verir. İstənilən pəhrizə qoz daxil etməklə, yemək porsiyalarını azaltmaq mümkündür. 
3. Sağlam sümüklər.  Qozun tərkibində  sümük sağlamlığı üçün lazım olan mis və fosfor var. Mis çatışmazlığı orqanizmdə  osteoporoz riskini artıra bilər, yəni, sümüklər zəifləyər, sümükdə ərimə, deşilmə halları yarana bilər. Ona görə də, daimi qoz yemək sümüklər üçün faydalıdır. Misdən əlavə, sümüklərinizin möhkəmlənməsi üçün  maqnezium və kalsium da lazımdır. Yaxşı xəbər: qoz hər iki mineralla da zəngindir. 
4. Beynimizin dostu. Qozun tərkibində yaddaşı güclədən və diqqəti toplamağa kömək edən Omega-3 yağ turşuları var. 2012-ci ildə "Alzheimer's Disease" jurnalında  bir araşdırmanın nəticələri yayımlandı. Alimlərin fikrincə, gündə bir ovuc qoz yeyərək yaddaşı gücləndirmək mümkündür. Epilepsiya və dimensiya hallarında beyinin ən yaxın köməkçisi sayılan qoz beyində iltihablanmanı da aradan qaldırır. Öyrənmə bacarığımızın, yaradıcılığımızın irəliləməsi üçün də qoza ehtiyacımız var. Uşaqlarda zəka geriliyini və bir çox nevroloji xəstəlikləri aradan qaldırmaq üçün də qoz faydalıdır.  
5. Qoz antioksidant qaynağıdır.  Düzdür, uşaqlıqdan fındığın antioksidant xüsusiyyətlərini eşidərək böyümüşük. Amma qoz  antioksidant qaynağı olan ləpəlilər siyahısında ən birinci yerdə dayanır. Qozun tərkibində E, A vitamini, B kompleks vitaminləri, fol turşusu, kalium, sink var ki, müxtəlif xəstəliklərin önlənməsində və müalicəsində orqanizm  məhz bu maddələrə ehtiyac duyur. Qoz, həmçinin, zülal və doymamış yağlarla zəngindir. 
6. Yuxu rejimini nizamlayır. Qeyd etdim ki, qoz zülallarla zəngindir. Əksər zülallı qidalarda triptofan, az da olsa, mövcuddur. İzah edim ki, triptofan yuxugətirən amin tuşusudur, o, beyini sakitləşdirən serotonin və melatonin maddələrinin başlanğıcıdır.  Yəni, qoz yeyərkən rahat yuxu yata bilmənizə kömək edəcəyindən əmin olun. 
7. Spermanın keyfiyyətini artırır. Alimlər hesablayıb ki, gündə 75 qr qoz ləpəsi yemək spermanın keyfiyyətinə müsbət təsir edir. Qozun tərkibindəki Omega-3 yağ turşusu orqanizmdə qan axımını sürətləndirir. Eyni zamanda,  qozda olan E vitamini cinsiyyət hormonlarının quruluşuna yaxşı təsir göstərir. Malik olduğu antioksidantlarla qoz, həmçinin, cinsi xəstəlikləri də önləməyə qadirdir. 
8. Dərini parlaqlaşdırır.  Qoz ləpəsinin müxtəlif yağlarla və yağ turşuları ilə zənginliyi onu dərimizin də yaxın dostu edir. Mütəxəssislərin fikrincə, hər gün səhər 2 qoz ləpəsi yemək dərini yeniləyir. Üstəlik, dərinin regenerasiya prosesində mühüm rol oynayır. Qoz yeməkdən əlavə, dərini qoz yağı ilə silmək də dəridəki parlaqlığı artırır, qırışları önləyir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mandarin ördəyi haqda maraqlı FAKTLAR
Qadın ərini pişiyə görə məhkəməyə verdiö
WhatsApp-da yeni funksiyalar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ