Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111207
az

Əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

14:4007 İyun, 2024
125
İQTİSADİYYAT
  • A

Əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən əhaliyə ödənişlər üzrə xərclər 6 681 580 000,0 manatdan 6 706 580 000,0 manata qaldırılır. Bu çərçivədə əmək pensiyalarının ödənilməsi xərcləri 6 500 000 000,0 manatdan 6 525 000 000,0 manata çatacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri 78 500 000,0 manatdan 78 530 000,0 manata, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri 130 110 000,0 manatdan 135 080 000,0 manata qaldırılır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaşa görə müavinət alanların sayı açıqlanıb
“Müştərilərimiz bütün xidmətləri “Birbank”dan əldə edəcəklər”
Rubl ucuzlaşmaqda davam edir -MƏZƏNNƏ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Sərxoş vəziyyətdə yıxılan      kişi     öldü