Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111205
az

Bu ilin büdcəsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi

14:2007 İyun, 2024
137
İQTİSADİYYAT
  • A

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Oxu24.com xəbər verir ki, layihəyə əsasən, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180,0 milyon manat və ya 6,4 faiz çoxdur.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2944,3 milyon manat və ya 8,0 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3249,4 milyon manat və ya 8,9 faiz çoxdur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda daha 500 nəfər İŞSİZ QALDI
Azərbaycan nefti ucuzlaşdı
Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ -VİDEO