Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111198
az

İsveçrə prezidenti Rusiyanın sülh konfransında iştirakı haqqında danışıb

12:5207 İyun, 2024
80
DÜNYA
  • A

İyunun 15-16-da Bürgenstokda Ukrayna üzrə keçiriləcək beynəlxalq konfransın nəticəsi olaraq sülh sazişi imzalanmayacaq: bunun üçün hər iki tərəf danışıqlar masasında iştirak etməlidir.

 

Oxu24.com xəbər verir  ki, bu barədə İsveçrə prezidenti Viola Amherd Frankfurter Allgemeine Zeitung qəzetinə müsahibəsində bildirib.


“Bu konfransla biz bir dialoq platforması yaratmaq istəyirik ki, burada ilk addım olaraq Ukraynada sülhün necə əldə oluna biləcəyini müzakirə edəcəyik. Sülh üçün hər iki tərəf danışıqlar masası arxasında olmalıdır”, - deyə o bildirib və əlavə edib ki, indi mümkünsüz görünür.

 

İsveçrə prezidentinin sözlərinə görə, Rusiya “sonrakı mümkün konfransda da iştirak edə bilər”.

 

Amherd eyni zamanda qeyd edib ki, bu tədbir “sülh konfransı” deyil, “Ukraynada sülhə dair konfrans”dır.

 

“Biz etimad yaratmaq və gələcəkdə mülki əhali, sonra isə dünya üçün vacib olan bu məsələlərdə həll yollarını tapmaq istəyirik” deyə o, konfransın sülhlə bağlı olmayacağı ilə bağlı sualı cavablandırıb. 

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Zelenski bir şərtlə atəşkəsə RAZILIQ VERƏCƏK
Dünyanın ən bahalı metalı açıqlandı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...