Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111181
az

Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiabadda dəfn edildi

12:3407 İyun, 2024
45
QARABAĞ
  • A

Bu il aparılan ekshumasiya işləri nəticəsində kimliyi məlum olan 73 nəfərdən biri də 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya göz acan Şirinov Nazim Şirin oğludur. O, 1993-cü il oktyabrın 23-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İgid hərbçimizin nəşinin qalıqları Füzulidə adsız qəbiristanlıqda tapılıb. Aprel ayında kimliyi məlum olan baş polis çavuşunun qalıqları iyunun 7-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində torpağa tapşırılıb.

Oxu24.com xəbər verir ki, şəhidin nəşi Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən Mehdiabada ailə üzvlərinin yaşadığı evə gətirilib. Burada vida mərasimi təşkil edilib. Cənazə namazı qılınıb şəhidlərimizin ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidin qısa və şərəfli həyat yolundan danışıblar.

Sonra iştirakçılar Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanına üz tutublar.

Şəhid Şirinov Nazim Şirin oğlunun nəşinin qalıqları hərbi orkestrin ifasında səslənən Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dualar oxunub.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və qəsəbə sakinləri iştirak ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndi və Şuşada xeyli silah-sursat aşkarlandı
Bu gündən seçki sənədlərinin təqdim edilməsinə başlanılır
Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO