Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyinat olub.
Nazirlikdən bildirilib ki, ədliyyə nazirinin müvafiq əmri ilə bu vəzifəyə Elşad Məmmədli təyin edilib.
Bundan başqa, ədliyyə nazirinin digər əmri ilə Vüqar Ağayev Probasiya xidmətinin rəisi təyin edilib.
Nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası isə Ləman Hüseynzadəyə həvalə edilib.
Oxu24.com
ŞƏRHLƏR