Almaniya hökuməti Rusiya ilə silahlı münaqişə zamanı respublika əhalisi üçün tədbirlər planı hazırlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.
“NATO qoşunları Almaniya boyunca şərq cinahına köçürüləcək, Bundesver qüvvələri də orada olacaq. Mətndə birbaşa qeyd olunur ki, eyni vaxtda bir neçə yerə hücum olarsa, dövlət hamıya kömək edə bilməyəcək: insanlar özləri çətinliklərin öhdəsindən gəlməyə hazır olmalıdırlar”, - nəşr yazır.
Plan həmçinin “Almaniya özünü müdafiə etdiyi” halda hazırkı parlamentin buraxılmasına qadağa qoymağı da istisna edir.
Bundan əlavə, mətn potensial ərzaq çatışmazlığı məsələsinə toxunur.
Bununla bağlı qida paylanması üçün standartların tətbiqi təklif edilir. Hökumətin əhalini gündə bir dəfə isti yeməklə təmin etmək üçün düyü, paxlalı bitkilər və qatılaşdırılmış süddən “təcili ehtiyat” toplayacağı gözlənilir.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz bildirmişdi ki, bir çox alman vətəndaşı Ukraynada münaqişənin gərginləşməsi təhlükəsindən qorxur.
O əlavə edib ki, sülhün təmin edilməsi “ağ bayraq atmaq” demək deyil, ona görə də Almaniya “Ukraynanı dəstəkləməyə” davam edəcək.
Nigar
Oxu24.com
ŞƏRHLƏR