Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111109
az

Bill Qeyts necə milyarder oldu? – Özü cavablandıracaq

19:2906 İyun, 2024
69
CƏMİYYƏT
  • A

Milyarder, “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts bu günlərə necə gəlməsi haqda kitab yazmağı qərarlaşdırıb.

OXU24.COM  xəbər verir ki, Bill Qeyts artıq biznes, texnologiya, iqlim dəyişikliyi və qlobal sağlamlıq kimi mövzularda bir neçə kitab yazıb. Qeyts öz bloqunda elan etdiyi "Mənbə kodu" adlı yeni xatirə kitabında ilk olaraq özünün formalaşma illərinə üstünlük verəcək. "Uşaqlıqdan kolleci atıb “Microsoft”-a başlamaq qərarına necə gəldiyimə qədər bütün xırdalıqları qələmə alacam” deyə, Bill Qeyts bildirib.

Bill Qeytsin "iyirmi yaşından ictimaiyyətin diqqətində olmasına" baxmayaraq, əksər insanlar onun ilk illəri haqqında çox az şey bilir. Yeni kitab “Microsoft”-un dünyanın ən böyük şirkətlərindən birinə çevrilməsi və Qeytsin 128 milyard dollarının "demək olar ki, hamısını" ianə etmək qərarı da daxil olmaqla, həyatında sonrakı hər şeyin əsasını qoyan əlaqələri, dərsləri və təcrübələri araşdıracaq.

68 yaşlı Qeyts memuarı özünün "mənşə hekayəsi" adlandırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah iki rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
Prezidentin təklifi ilə bu xanım Baş nazir TƏYİN EDİLDİ -FOTO
Bu gün 18 avtomobil SU QİYMƏTİNƏ SATILDI

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur