Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111107
az

Şolz Ukrayna ilə bağlı sülh konfransından gözləntiləri azaltmağa çağırıb

19:1306 İyun, 2024
112
  • A

İsveçrədə Ukrayna üzrə sülh konfransının keçirilməsində məqsəd daha çox ölkəni Kiyevin tərəfinə çəkməkdir. Bunu Almaniya kansleri Olaf Şolz deyib.

 

Oxu24.com xəbər verir  ki, onun çıxışı Tagesschau telekanalı tərəfindən yayımlanıb.

 

“Bunu hamı başa düşməlidir, sammitdə sülh danışıqları olmayacaq.Ukrayna üzrə planlaşdırılan sülh konfransının məqsədi mümkün qədər çox ölkəni Kiyevin tərəfinə çəkməkdir”, - kansler bildirib.

 

O vurğulayıb ki, İsveçrədəki konfrans sülh danışıqlarının başlanğıcı olmaq niyyətində deyil.

 

Mayın 2-də İsveçrə dövlət və hökumət başçıları səviyyəsində 160-dan çox nümayəndə heyətini iyunun 15-dən 16-dək Bürgenstokda Ukrayna üzrə birinci sülh konfransında iştirak etməyə dəvət edib.

 

Daha əvvəl İsveçrə mediası Ukrayna ilə bağlı sülh konfransını “ilin saxtakarlığı” adlandırmışdı. Nəşrlər gələcək danışıqları “bahalı PR şou” və “ikiüzlülük” adlandırırlar.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa İlon Maskdan   şikayət      etdilər
Məkkə və Mədinəni su basdı- Video
“Bayden işimi çətinləşdirir”- Tramp

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+