Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111103
az

Husilər Hayfada İsrail gəmilərinə qarşı əməliyyat keçirib

18:3906 İyun, 2024
162
DÜNYA
  • A

Yəmənin Ənsar Allah qiyamçı hərəkatından olan husilər İraqdan olan müttəfiqləri ilə birlikdə Hayfa limanında İsrail gəmilərinə qarşı əməliyyat keçirib.

 

Oxu24.com xəbər verir ki, bu barədə “Almasirah” telekanalı məlumat yayıb.

 

Telekanalın bəyanatına görə, Yəmən silahlı qüvvələri İraq İslami Müqavimət Hərəkatı ilə birgə ilk iki hərbi əməliyyatı həyata keçirərək, Hayfa limanında hərbi texnika ilə iki gəmiyə hücum edib.

 

Qadağadan yayınaraq Fələstinin Hayfa limanına daxil olan gəminin də hücuma məruz qaldığı qeyd edilir. Husilər hücumun İsrail ordusunun Rəfah bölgəsindəki əməliyyatlarına cavab olduğunu açıqlayıb.

 

Bundan əvvəl Husi sözçüsü Yəhya Saria Yəməndəki Ənsar Allah üsyançı hərəkatından olan husilərin İsrailin cənubundakı Eylat şəhərində hərbi hədəfə ballistik raket atdığını bildirib.

 

O, Fələstin ballistik raketinin ilk dəfə Husilər tərəfindən istifadə edildiyini açıqlayıb. Onun xüsusiyyətləri hələ də məlum deyil. İranın dəstəklədiyi qrupun sözçüsü raketin hədəfinə çatdığını bildirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI
Aİ Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsinin nəticəsin açıqlayıb
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü